Səfərbərlik Xidmətinin 46 əməkdaşı nöqsanlara görə cəzalandırılıb

Səfərbərlik Xidmətinin 46 əməkdaşı nöqsanlara görə cəzalandırılıb Ötən il Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 46 əməkdaşı nöqsanlara görə cəzalandırılıb.
Hərbi
9 Mart , 2022 13:26
Səfərbərlik Xidmətinin 46 əməkdaşı nöqsanlara görə cəzalandırılıb

Ötən il Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 46 əməkdaşı nöqsanlara görə cəzalandırılıb.

"Report"un xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd edilib.

Bildirilib ki, hesabat dövründə korrupsiya ilə əlaqədar hüquqpozmalara dair daxil olmuş vətəndaş müraciətləri asasında Xidmətin əməkdaşları barəsində müvafiq araşdırmalar aparılıb. Təsdiqini tapan faktlar əsasında 5 halda toplanılan materiallar Baş Prokurorluğa və Hərbi Prokurorluğa göndərilib, eyni zamanda aparılan araşdırmalar nəticəsində xidməti vəzifələrinin icrasi zamanı yol verdikləri nöqsanlara görə Xidmətin 46 nəfər əməkdaşı intizam qaydasında cəzalandırılıb.

Son xəbərlər

Orphus sistemi