Səfərbərlik Xidmətinin rəisi Şəkidə vətəndaşları qəbul edib

Səfərbərlik Xidmətinin rəisi Şəkidə vətəndaşları qəbul edib Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Şəki, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşları qəbul edib. "Report"un Şimal-qərb
Hərbi
26 May , 2023 13:06
Səfərbərlik Xidmətinin rəisi Şəkidə vətəndaşları qəbul edib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Şəki, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşları qəbul edib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstəsi düzülüb, əziz xatirəsi ehtiramla yad edilib.

Daha sonra 36 vətəndaşın müraciəti dinlənilib.

Vətəndaşlar SHXÇDX-də həqiqi hərbi xidmətə və ya işə qəbul, həqiqi hərbi xidmətə bərpa, övladının xidmət yerinin müəyyənləşdirilməsi, Vətən müharibəsində iştiraka görə orden və medalla təltif olunma, şəhid və şəhid ailəsi statusunun verilməsi, müharibə veteranı adı və vəsiqəsinin verilməsi, müddətli həqiqi hərbi xidmətdən möhlət verilməsi və s. məsələlərlə bağlı müraciət ediblər.

Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, bir hissəsi yerindəcə həll olunub, araşdırma tələb edən məsələlər qanunvericiliyə uyğun olaraq həll edilməsi məqsədilə qeydiyyata alınıb və müvafiq tapşırıqlar verilib.

Bəzi vətəndaşlar tərəfindən qaldırılan və SHXÇDX-nin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün daha rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi