Rusiyanın raket atəşi nəticəsində Çasov Yarda ölənlərin sayı 30-a çatıb

Rusiyanın raket atəşi nəticəsində Çasov Yarda ölənlərin sayı 30-a çatıb Ukraynanın Donetsk vilayətinin Çasov Yar şəhərinə Rusiya ordusunun 2 gün əvvəl növbəti raket zərbələri nəticəsində ölənlərin sayı artıb.
Hərbi
12 İyul , 2022 10:29
Rusiyanın raket atəşi nəticəsində Çasov Yarda ölənlərin sayı 30-a çatıb

Ukraynanın Donetsk vilayətinin Çasov Yar şəhərinə Rusiya ordusunun 2 gün əvvəl növbəti raket zərbələri nəticəsində ölənlərin sayı artıb.

"Report"un Şərqi Avropa bürosunun Donbasda olan əməkdaşının verdiyi məlumata görə, raket zərbələri nəticəsində şəhərdə bütöv bir yaşayış kompleksinin dağılması nəticəsində ölən sakinlərin sayı 30-a çatıb.

Son saatlarda xilasedicilərin dağıntılar arasında apardığı axtarışlar nəticəsində növbəti həlak olan sakinlərin nəşi aşkarlanıb.

Bildirilib ki, dağıntılar arasında axtarışlar davam edir və ölənlərin sayının artacağı istisna deyil.

Son xəbərlər

Orphus sistemi