Azərbaycan hərbçiləri Türkiyədə təlimi başa vuraraq qayıdıblar
Hərbi
- 11 fevral, 2025
- 08:23
Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hərbi qulluqçuları Türkiyənin Qars şəhərində keçirilmiş "Qış təlimi-2025"də ölkəni təmsil edərək Vətənə qayıdıblar.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu münasibətlə ƏÜO-da təntənəli mərasim keçirilib.
Mərasimdə ƏÜO komandanı general-mayor Kənan Seyidov çıxış edərək birgə hərbi təlimlərin əhəmiyyətindən danışıb, təlim zamanı qazanılan təcrübənin ordunun döyüş qabiliyyətinə müsbət təsir edəcəyini vurğulayıb və hərbi qulluqçuların nümayiş etdirdikləri bacarıq və peşəkarlığa görə onlara Müdafiə Nazirliyinin rəhbərliyi adından təşəkkür edib.
Sonda təlim zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində fərqlənmiş hərbi qulluqçular mükafatlandırılıb.
Azərbaycan hərbçiləri Türkiyədə təlimi başa vuraraq qayıdıblar
Son xəbərlər
13:26
Yaxın Şərqdən 200-ə yaxın Azərbaycan vətəndaşı Bakıya təxliyə olunub
İnfrastruktur13:19
Macarıstan neft, benzin və dizel yanacağının ixracına qadağa qoyub
Digər ölkələr13:19
"Azərişıq" barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb
Maliyyə13:15
Sabah ölkə üzrə pensiyalar ödəniləcək
Sosial müdafiə13:14
İnfantino İspaniyanı dünya çempionatının əsas favoritləri sırasında görür
Futbol13:13
KİV: Fars körfəzində tankerlərin 77 %-ə qədəri lövbərdə qalmaqda davam edir
İqtisadiyyat13:11
Foto
Məcnun Məmmədov Xızı və Abşeronda quşçuluq müəssisələrinin fəaliyyəti ilə tanış olub
ASK13:09
Ermənistanda eks-prezident Sarqsyanın qardaşının həbs edilməsi barədə qərar qəbul edilib
Region13:09