Qəzada həlak olan polkovnik Cəlilabadda dəfn ediləcək 

Qəzada həlak olan polkovnik Cəlilabadda dəfn ediləcək  Bu gün yol qəzasında həlak olan Dövlət Sərhəd Xidmətinin hərbi hissələrindən birinin qərargah rəisi, polkovnik Şahin Mirzəyev Cəlilabad rayonunda dəfn ediləcək.
Hərbi
5742
20 İyul , 2020 18:04
Qəzada həlak olan polkovnik Cəlilabadda dəfn ediləcək 

Bu gün yol qəzasında həlak olan Dövlət Sərhəd Xidmətinin hərbi hissələrindən birinin qərargah rəisi, polkovnik Şahin Mirzəyev Cəlilabad rayonunda dəfn ediləcək. 

"Report"un Muğan bürosunun məlumatına görə, mərhum rayonun Göytəpə şəhər qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, bu gün saat 08:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Xudat” sərhəd dəstəsinin Quba rayonunun Xınalıq kəndi yaxın­lığındakı sərhəd zasta­vasına xidməti tapşırığın icrası ilə əlaqədar hərəkət edən UAZ markalı xidməti avtomobil qəzaya uğrayıb. Hadisə nəticəsində avtomobildə olan hərbi hissənin qərargah rəisi, pol­­kovnik Mirzəyev Şahin İbrahim oğlu vəfat edib, digər hərbi qulluqçular müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hərbi qulluqçulara ilkin tibbi yardım göstərilib və təcili tibbi təxliyəsi təşkil olunub.

Hadisə ilə əlaqədar DSX-nin Sərhəd Qoşunlarının və Hərbi Prokurorluğun nümayəndələri tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi