Qərbi Ukraynada konfransda Azərbaycanın qələbəsindən bəhs edilib

Qərbi Ukraynada konfransda Azərbaycanın qələbəsindən bəhs edilib Ukraynanın İvano-Frankovsk şəhərində ölkənin şərqində separatizmə qarşı müharibənin veteranları və məcburi köçkünlərlə bağı Müdafiə Gününə həsr olunmuş konfrans keçirilib.
Hərbi
15 Oktyabr , 2021 13:41
Qərbi Ukraynada konfransda Azərbaycanın qələbəsindən bəhs edilib

Ukraynanın İvano-Frankovsk şəhərində ölkənin şərqində separatizmə qarşı müharibənin veteranları və məcburi köçkünlərlə bağlı Müdafiə Gününə həsr olunmuş konfrans keçirilib.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, İT texnologiyaları vasitəsi ilə müharibə iştirakçılarının və məcburi köçkünlərin kəskin sosial problemlərinin həllini mövzu olaraq nəzərdə tutan konfransda keçmiş Qarabağ münaqişəsindən və Azərbaycanın torpaqlarının azad etməsindən də misallar çəkilib.

“IT Strana”, “Smart Ukrayna Automation” və "Ivano-Frankovsk ATO Veterans Union" təşkilatları tərəfindən təşkil olunan konfransda iştirakçıları bayram günü ilə bağlı təbrik edən İvano-Frankovsk Azərbaycanlıları Konqresinin sədri Mətləb Nəcəfov Azərbaycanın 30 il işğaldan çəkdiyi əziyyət, bu müddət ərzində qaçqın və məcburi köçkünlərlə bağlı görülən işlərdən danışıb:

“Ötən ilin məhz bu günləri Azərbaycanın rəşadətli ordusu Ali Baş komandanın rəhbərliyi altında 44 gün ərzində 30 illik işğala son qoyaraq Dağlıq Qarabağı və ətraf rayonları işğaldan azad etdi. Biz Ukrayna vətəndaşı olan azərbaycanlılar kimi hazırda yaşadığımız ölkənin şərqdə müharibədən çəkdiyi əziyyəti, veteranların durumunu hiss edirik. Biz inanırıq ki, tezliklə Ukrayna da öz torpaqlarını işğaldan azad edəcək və bu problemlərə son qoyulacaq”, - deyə, o İkinci Qarabağ müharibəsi ilə bağlı daha geniş məlumat verib.

“IT Strana”nın direktoru Dmitri Vyalkov, "Smart Ukrayna Automation" un direktoru İvan Poroxnavets, "Softjorn-UKRAYNA" İT şirkətinin direktoru Sergey Fitzak, müharibə veteranı, könüllü, "Podolskaya Gora" təşkilatının sədri Taras Maslyak və digərləri spiker olaraq çıxış edərək təqdimatlar ediblər.

Yerli rəsmilər Aleksandr Yaroşuk, Aleksandr Popalinets, Petr Şkutyak və digərləri də çıxış ediblər. Konfrans müharibə iştirakçıları üçün nəzərdə tutulan fermer təsərrüfatları birliyinə smart sistemlə dəstək olan "PODILSKA GORA" birliyi tərəfindən də dəstəklənib.

Son xəbərlər

Orphus sistemi