Qazaxıstanlı nümayəndə heyəti Azərbaycanda səfərdədir

Qazaxıstanlı nümayəndə heyəti Azərbaycanda səfərdədir Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında imzalanan 2023-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramına uyğun olaraq Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin bir qrup nümayəndə heyəti ölkəmizdə səfərdədir. Səfər çərçivəsində qon
Hərbi
2 İyun , 2023 11:56
Qazaxıstanlı nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycan ilə Qazaxıstan arasında imzalanan 2023-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramına uyğun olaraq Qazaxıstanın Müdafiə Nazirliyinin bir qrup nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində qonaqlar Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzini, Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzini ziyarət ediblər. Nümayəndə heyətinə mərkəzlərin tarixi və fəaliyyəti barədə geniş brifinq təqdim olunub. Qonaqlar burada yaradılan şərait ilə tanış olub, keçirilən tədris prosesini izləyiblər.

Sonra qazaxıstanlı nümayəndələr Əməliyyat (Komando) hərbi hissələrinin birinə gəliblər. Qonaqlara hərbi hissənin döyüş yolu və şəxsi heyətin hazırlıq prosesi haqqında ətraflı brifinq təqdim edilib.

Nümayəndə heyəti burada hərbi qulluqçular üçün yaradılan şərait və döyüş texnikası ilə tanış olub, hərbi hissənin təlim mərkəzində komandoların nümunəvi çıxışlarını izləyiblər.

Son xəbərlər

Orphus sistemi