"Qaraheybət" şəhidinin atası: "Oğlum başımı uca etdi"

"Qaraheybət" şəhidinin atası: "Oğlum başımı uca etdi" "Ən böyük bəla bala dağıdır. Bu gün oğlum başımı uca etdi. Mən oğlumla fəxr edirəm".
Hərbi
688
1 Dekabr , 2021 14:02
Qaraheybət şəhidinin atası: Oğlum başımı uca etdi

"Ən böyük bəla bala dağıdır. Bu gün oğlum başımı uca etdi. Mən oğlumla fəxr edirəm".

"Report" xəbər verir ki, bu fikirləri Dövlət Sərhəd Xidmətinin şəhidi kapitan Xəyyam Əliyevin atası Əlixan Əliyev vida mərasimində deyib.

O bildirib ki, biz hamımız axirət günü bu şəhidlərə qibtə edəcəyik: "Çünki onlar axirəti qazandılar. Mən ana-bacılarımdan xahiş edirəm ki, şəhidlərimiz üçün ağlamasınlar. Vətənimiz sağ olsun, Prezidentimiz sağ olsun ki, 30 illik qara ləkəni üstümüzdən sildi.

Dünyanın bir çox ölkələrində olmuşam, Qarabağdan söz düşəndə başımı aşağı salırdım. İndi fəxr edirəm. Bunu sadəcə ürəkdən anlamaq lazımdır. Mənim balam şəhid oldu. Bu gün mənə təsəlli verən onun şəhidliyidir. Allah bütün şəhidlərimizə rəhmət etsin, valideynlərə də səbir versin. Sözlərimi Mikayıl Müşfiqin şeri ilə bitirmək istəyirəm:

Vətən üçün yaşayan,

Vətən üçün ölən,

Səmimi bir insan nə bəxtiyardır".

Son xəbərlər

Orphus sistemi