“Tibbi sığorta haqqında” Qanunda hərbi xidmətdə olan əsgərlərin, yəni müddətli həqiqi hərbi xidmətdə olanların tibbi sığorta məsələləri Müdafiə Nazirliyinin müalicə müəssisələrinə aid olduğuna görə onların müalicələri hospitallarda həyata keçirilir”.
“Report” xəbər verir ki, bunu Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 2-ci Müalicə Korpusunun Tibbi Reabilitasiya bölməsində hərbi həkimlərin Vətən müharibəsi dövründə və işğaldan azad edilmiş ərazilərdə hazırkı fəaliyyəti ilə bağlı keçirilən brifinqdə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Firudin Nəbiyev deyib.
O bildirib ki, hərbi qulluqçular Müdafiə Nazirliyinin hərbi hissələrindən tərxis olunduqdan sonra onların sosial sığortasını 4 il müddətinə - 2024-cü ilə qədər dövlət öz üzərinə götürür:
“Tərxis olunanlar YAŞAT fonduna, tibbi sığortaya və müxtəlif dövlət qurumlarına müraciət edə bilərlər. Buna heç bir məhdudiyyət yoxdur".