Bakı. 22 noyabr. REPORT.AZ/ Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Zübair Mahmud Hayatın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfər noyabrın 22-də başlayacaq.
Səfər çərçivəsində Pakistan nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Səfər noyabrın 24-dək davam edəcək.