Ötən ilin son ayında Azərbaycanda 13 ədəd piyada əleyhinə mina aşkarlanıb

Ötən ilin son ayında Azərbaycanda 13 ədəd piyada əleyhinə mina aşkarlanıb Bugünədək ANAMA cəmi 393 832 826 kv.m ərazi təmizləyib
Hərbi
6 Yanvar , 2017 10:04
Ötən ilin son ayında Azərbaycanda 13 ədəd piyada əleyhinə mina aşkarlanıb

Bakı. 6 yanvar. REPORT.AZ/ Ötən ilin dekabr ayı ərzində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) tərəfindən 2 352 225 kv.m ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

ANAMA-dan “Report”a verilən məlumata görə, Agentlik 1,068 ədəd PHS, 1 ədəd tank əleyhinə və 13 ədəd piyada əleyhinə mina aşkar edərək zərərsizləşdirib.

Əməliyyatlarda 489 nəfər əməliyyat heyəti, 130 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edir.

Bugünədək ANAMA cəmi 393 832 826 kv.mərazi təmizləyib. Tapılıb zərərsizləşdirilən mina və PHS-lərin sayı isə 754,010-dur.

Dekabr ayı ərzində Agentliktəmizləmə əməliyyatlarını Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Cəbrayıl, Füzuli, Tərtər, Göygöl, Qazax, Bakı şəhəri və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində həyata keçirib.

Ay ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

Son xəbərlər

Orphus sistemi