Ötən il Müdafiə Sənayesi Nazirliyinin məhsul istehsalı 42 faiz artıb

Ötən il Müdafiə Sənayesi Nazirliyinin məhsul istehsalı 42 faiz artıb 2020-ci ildə Müdafiə Sənayesi Nazirliyinin müəssisələri tərəfindən məhsul istehsalının ümumi həcmi 368,8 milyon manat (ƏDV-siz) təşkil edilib
Hərbi
10 Mart , 2021 10:21
Ötən il Müdafiə Sənayesi Nazirliyinin məhsul istehsalı 42 faiz artıb

2020-ci ildə Müdafiə Sənayesi Nazirliyinin müəssisələri tərəfindən məhsul istehsalının ümumi həcmi 368,8 milyon manat (ƏDV-siz) təşkil edilib.

“Report”un xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Qeyd edilib ki, bu da 2019-cu illə müqayisədə 42,2 faiz çoxdur.

Əvvəlki ilə nisbətən müdafiə və xüsusi təyinatlı məmulatların istehsal həcminin artımı 111,4 milyon manat və ya 44,9 faiz olub.

Bütövlükdə istehsal olunan məhsulun 359,7 milyon manatını (97,5faizi) müdafiə və xüsusi təyinatlı məmulatlar, 9,1 milyon manatnı (2,5 fazini) isə mülki təyinatlı məhsullar təşkil edib.

Hesabat dövründə nazirlik üzrə büdcəyə 18,1 milyon manat, DSMF-yə 7,8 milyon manat, işsizlik müavinəti üzrə isə 320,5 min manat vəsait ödənilib.

Son xəbərlər

Orphus sistemi