Ombudsmanın nümayəndələri hərbi hissələrə baxış keçirib

Ombudsmanın nümayəndələri hərbi hissələrə baxış keçirib Ombudsman Aparatının əməkdaşları hərbi hissələrdə işləyən mülki şəxslərlə də görüşüb
Hərbi
13 Mart , 2021 13:19
Ombudsmanın nümayəndələri hərbi hissələrə baxış keçirib
Report

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva ilə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanlığı və Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Komandanlığı arasında razılaşdırılmış tədbirlər planına müvafiq olaraq, Ombudsman Aparatının əməkdaşları hərbi hissələrə, hərbi təhsil və tibb müəssisələrinə başçəkmələri müntəzəm qaydada davam etdirir.

Qurumdan "Report"a verilən məlumata görə, Aparatın əməkdaşları DİN-in Daxili Qoşunlarının Sumqayıt şəhərində və Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Bakı şəhərində yerləşən “N” saylı hərbi hissələrinə mövcud pandemiya tələblərinə əməl etməklə baxış keçiriblər.

Baxış zamanı Aparatın əməkdaşlarına komandanlıqlar tərəfindən müvafiq olaraq hərbi hissələr haqqında məlumat verilib. Ombudsmanın nümayəndələri tərəfindən Daxili Qoşunların hərbi hissəsində əsgər yataqxanasına, tibb hissəsinə, kluba, kitabxanaya, idman zalına, görüş otağına, yeməkxanaya, ərzaq anbarına, hərbi qullquçuların istifadəsi üçün olan çayxanaya, camaşırxanaya, hamama və sanitar qovşağa baxış keçirilib.

Ombudsman Aparatının əməkdaşlarına Daxili Qoşunların həmin hərbi hissəsinin Vətən Müharibəsində iştirak edən, yaralanan və şəhid olan hərbi qulluqçuları barədə məlumat verilib, onlarla bağlı guşələr göstərilib.

Bununla yanaşı, Ombudsmanın nümayəndələri tərəfindən Mülki Müdafiə Qoşunlarının hərbi hissəsində əsgər yataqxanasına, tibb hissəsinə, yeməkxanaya, ərzaq anbarına, hamama, sanitar qovşağa, camaşırxanaya və asudə vaxtın səmərəli təşkili üçün yaradılan idman meydançasına baxış keçirilib.

Eyni zamanda, Ombudsman Aparatının əməkdaşları hərbi hissələrdə işləyən mülki şəxslərlə də görüşüb və onların fikirləri dinlənilib. Gələcəkdə bu cür tədbirlərin Daxili Qoşunların, Mülki Müdafiə Qoşunlarının digər hərbi hissələrində, həmçinin razılaşdırılmış tədbirlər planına müvafiq olaraq Müdafiə Nazirliyinin də hərbi hissələrində həyata keçirilməsi davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi