Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar

Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında 2022-ci il üçün birgə tədbirlər planına əsasən, aparatın nümayəndələri N hərbi hissəsini ziyarət ediblər.
Hərbi
135
14 May , 2022 10:08
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar

Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatı arasında 2022-ci il üçün birgə tədbirlər planına əsasən, aparatın nümayəndələri N hərbi hissəsini ziyarət ediblər.

Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Nümayəndə heyəti hərbi qulluqçuların məişət şəraiti ilə tanış olub, yataqxana, əşya və ərzaq anbarları, yeməkxana, eləcə də inzibati otaqlara baxış keçirib.

İnsan hüquqlarının qorunması, həmçinin hərbi qulluqçuların hüquqlarının təmin edilməsi və digər mövzularda maarifləndirici söhbətlər aparılıb.

Ombudsman Aparatının nümayəndələri hərbi hissədə yaradılan şəraiti, şəxsi heyətlə vətənpərvərlik və təlim-tərbiyə sahəsində həyata keçirilən tədbirləri müsbət qiymətləndiriblər.

Son xəbərlər

Orphus sistemi