İrandan Azərbaycana narkotik keçirməyə cəhd olunub, saxlanılan var

İrandan Azərbaycana narkotik keçirməyə cəhd olunub, saxlanılan var Mart ayının 6-da saat 19:50-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində naməlum şəxsin dövlət sərhədini pozması müşahidə edilib.
Hərbi
12 Mart , 2024 13:09
İrandan Azərbaycana narkotik keçirməyə cəhd olunub, saxlanılan var

Dövlət Sərhəd Xidmətinin (DSX) "Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin hərbçiləri İrandan Azərbaycana narkotik keçirməyə cəhd edən şəxsi saxlayıblar.

Bu barədə "Report"a DSX-dən məlumat verilib.

Bildirilib ki, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapa­dılıb, sərhəd pozucusunu sərhəd naryadı saxlayıb.

Araşdırma zamanı saxlanılan şəxsin İran vətəndaşı 1983-cü il təvəllüdlü Ağaməhəmməd Tohid Mirməhəbbətəli olması müəyyən edilib və üzərindəki bağlamaya baxış keçirilərkən çəkisi 6 kiloqram 275 qram narkotik vasitə (4 kq 995 qr metamfetamin, 1 kq 280 qr marixuana) aşkar olunaraq götürülüb.

Son xəbərlər

Orphus sistemi