​Nəcməddin Sadıkovun rəhbərliyi ilə qoşunların yeni tədris ilinə hazırlığı yoxlanılır

​Nəcməddin Sadıkovun rəhbərliyi ilə qoşunların yeni tədris ilinə hazırlığı yoxlanılır Yoxlama müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən həyata keçirilir
Hərbi
3 Dekabr , 2014 12:37
​Nəcməddin Sadıkovun rəhbərliyi ilə qoşunların yeni tədris ilinə hazırlığı yoxlanılır

Bakı. 3 dekabr. REPORT.AZ/ Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən, Silahlı Qüvvələrin yeni tədris ilinə hazırlığı yoxlanılır. Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə Baş Qərargahın zabitlərindən ibarət qrup cəbhə bölgəsində yerləşən hərbi birlik və birləşmələrdədir.

Yeni tədris ilinə hazırlıq məqsədilə keçirilən kompleks tədbirlər çərçivəsində bütün birlik, birləşmə və hərbi hissələrin döyüş qabiliyyəti, maddi-texniki-tədris bazasının vəziyyəti və digər təminat növləri, silah-sursat, hərbi texnika ilə təchizatı, şəxsi heyətin mənəvi-psixoloji durumu, nizam-intizamı və sosial şəraiti yoxlanılır.

Son xəbərlər

Orphus sistemi