Nazirlik rəsmiləri azad edilmiş ərazilərin minalardan təmizlənməsinin gedişatından danışıb

Nazirlik rəsmiləri azad edilmiş ərazilərin minalardan təmizlənməsinin gedişatından danışıb “Bildiyiniz kimi, Vətən müharibəsi bitdikdən sonra ərazilərin mina və partlamamış hərbi sursatlarında müvafiq qurumlarla yanaşı, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin mina əleyhinə təyinatlı hərbi hissəsi cəlb olunub. Ərazilər c
Hərbi
23 Avqust , 2023 12:41
Nazirlik rəsmiləri azad edilmiş ərazilərin minalardan təmizlənməsinin gedişatından danışıb

“Bildiyiniz kimi, Vətən müharibəsi bitdikdən sonra ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsinə müvafiq qurumlarla yanaşı, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin mina əleyhinə təyinatlı hərbi hissəsi də cəlb olunub”.

Salman Sarıyev
Salman Sarıyev

Bunu “Report”un Ağdamın işğaldan azad edilmiş Mərzili kəndinə ezam olunmuş əməkdaşına açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə Xüsusi Təyinatlı Hərbi Hissəsinin bölük komandiri baş leytenant Salman Sarıyev deyib.

“Düşmən əraziləri minalayarkən heç bir standart qaydalarını qoruyub saxlamayıb. Bunlara baxmayaraq, ərazilərin təmizlənməsi ciddi şəkildə davam etdirilir. Əraziləri təmizləyərkən istehkamçılarla bərabər xüsusi təlim keçmiş itlərdən də istifadə olunur. Bu itlər ərazilərin çirklilik dərəcəsi yüksək olduğundan partlamamış hərbi sursatların və minaların aşkarlanmasında bizə köməklik edir. Əməkdaşlarımız müasir avadanlıqlarla təchiz edilir, onlar beynəlxalq kurslardan keçiblər”, - FHN rəsmisi vurğulayıb.

S.Sarıyev bildirib ki, ərazilərdə daha çox piyada və tank əleyhinə, eləcə də OZM-72, TM-57, TM-62M minaları aşkarlanıb.

Real Tağızadə
Real Tağızadə

FHN-in baş leytenantı Real Tağızadə isə qeyd edib ki, “GCS-200” markalı, kənardan idarə edilən, müasir minatəmizləyən robotlar tiller və filler başlıqlı iki hissədən ibarətdir.

O söyləyib ki, bu robotlardan əsasən ərazidə kəşfiyyat işlərinin aparılması üçün istifadə edilir: "Şəxsi heyətin ərazini tez bir zamanda təmizləməsində sözügedən texnikalar mühüm rol oynayır. Tiller başlığı əsasən daha yumşaq, filler başlığı isə kollu-koslu ərazilərin təmizlənməsində, mina və partlamamış döyüş sursatlarının zərərsizləşdirilməsi üçün istifadə olunur. Hazırda ərazidə hər iki başlıqdan istifadə olunur".

Son xəbərlər

Orphus sistemi