Nazirlik rəsmisi: “Afrika ölkələri Azərbaycanın müdafiə sənayesi məhsullarını almaq istəyirlər”

Nazirlik rəsmisi: “Afrika ölkələri Azərbaycanın müdafiə sənayesi məhsullarını almaq istəyirlər” “Azərbaycanın müdafiə sənayesi məhsullarını Afrika bazarında yaxşı tanıyırlar və onları almaq üçün çox sayda müraciətlər olur”.
Hərbi
27 İyul , 2023 13:56
Nazirlik rəsmisi: “Afrika ölkələri Azərbaycanın müdafiə sənayesi məhsullarını almaq istəyirlər”

“Azərbaycanın müdafiə sənayesi məhsullarını Afrika bazarında yaxşı tanıyırlar və onları almaq üçün çox sayda müraciətlər olur”.

Bu barədə “Report”un Türkiyə bürosuna Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) Hərbi texniki əməkdaşlıq şöbəsinin baş məsləhətçisi, ehtiyatda olan polkovnik-leytenant Nadir Əliyev İstanbulda “IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənaye Sərgisində yer alan Azərbaycan stendindən bəhs edərkən deyib.

O bildirib ki, Azərbaycanın müdafiə sənayesi məhsullarının xüsusi alıcıları mövcuddur: “Məhsullarımıza xüsusi tələbat var. Burada rəhbərlik səviyyəsində görüşlər keçirilir və həmin görüşlər nəticəsiz qalmır. Sərgidə əsas məqsəd ixracyönümlü məhsulların tanıdılması olsa da, gələcəkdə müəyyən müştəri bazasının yaradılması, əməkdaşlıqların qurulmasına da maraqlıyıq. Hazırda anlaşma memorandumları imzalanır və bu da sonda satış müqavilələri ilə nəticələnir. Biz bu sərgidə təkcə ixracla bağlı deyil, həm də gələcəkdə müxtəlif növ yeni təyinatlı döyüş sursatlarının və ya hərbi texniki vasitələrin yaradılması istiqamətində əməkdaşlıqların qurulması üçün də müzakirələr aparırıq”.

Qeyd edək ki, Türkiyənin İstanbul şəhərində keçirilən “İDEF-2023” Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin ikinci günündə müdafiə sənayesi nazirinin müavini Vüqar Mustafayev Nigeriya müdafiə naziri İbrahim Abubakar Kana ilə görüşüb.

Görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi