Nazir: "Azərbaycanın mənafeyini qorumaqda qərarlı olduğumuzu hər kəsin bilməsi lazımdır"

Nazir: "Azərbaycanın mənafeyini qorumaqda qərarlı olduğumuzu hər kəsin bilməsi lazımdır" "Həmişə hazır olmalıyıq"
Hərbi
223
7 Aprel , 2021 18:58
Nazir: Azərbaycanın mənafeyini qorumaqda qərarlı olduğumuzu hər kəsin bilməsi lazımdır
Zakir Həsənov

"Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında həyat ən qısa zamanda normallaşmalıdır. Bunun üçün bölgənin təhlükəsizliyi vacibdir".

"Report" xəbər verir ki, bu fikirləri Türkiyənin müdafiə naziri Hulusi Akar azərbaycanlı həmkarı Zakir Həsənovla videoformatda görüş zamanı bildirib.

“Qarabağın minalardan təmizlənməsi üçün əməkdaşlarımızı ora göndərdik, hazırda onlar işləyirlər. Azərbaycanlı qardaşlarımız da bu işi öyrəniblər və bizə dəstək verirlər. İnşallah ən qısa zamanda oralarda təmizləmə işlərini başa çatdırıb həyatın normallaşmasına töhfə verəcəyik. Ölkəmiz, xalqımız və torpağımızın xarici təhdidlərə və təhlükələrə qarşı qorunması bizim üçün çox önəmlidir. Bu mövzuda həmişə hazır olmalıyıq. Türkiyənin Azərbaycanın haqqını və mənafeyini qorumaqda qərarlı olduğunu hər kəsin bilməsi lazımdır”, - o deyib.

Son xəbərlər

Orphus sistemi