Naxçıvanda gənclərin atış təlimi keçirilib

Naxçıvanda gənclərin atış təlimi keçirilib "Naxçıvan" Təlim Mərkəzində gənclərin ənənəvi "Hədəf" atış təlimi keçirilib.
Hərbi
10 Aprel , 2024 10:50
Naxçıvanda gənclərin atış təlimi keçirilib

"Naxçıvan" Təlim Mərkəzində gənclərin ənənəvi "Hədəf" atış təlimi keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordu, Gənclər və İdman Nazirliyi və "Gənc Vətənpərvərlər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən təlimdə 45 gənc iştirak edib.

Əlahiddə Ümumqoşun Ordunun zabitləri təlimin təhlükəsizlik qaydaları və icra olunacaq tapşırıqlar barədə məlumat verdikdən sonra gənclər təlim nöqtələrinə dəvət olunublar.

Bu mərhələdə avtomatın natamam sökülüb-yığılması, hissələri və işləmə mexanizmi haqqında məlumat verilib, atəş tapşırığı simulyasiya edilib.

Bir neçə qrupa bölünərək bütün təlim nöqtələri üzrə tapşırıqları yerinə yetirən gənclər əsas mərhələdə müxtəlif çaplı silahlardan atışlar icra ediblər.

Təlimdə fərqlənən iştirakçılar diplomla təltif olunublar.

Son xəbərlər

Orphus sistemi