Naxçıvan Qarnizonunda hərbi qulluqçular arasında atletika və gimnastika üzrə birincilik keçirilib - VİDEO

Naxçıvan Qarnizonunda hərbi qulluqçular arasında atletika və gimnastika üzrə birincilik keçirilib - VİDEO Naxçıvan Qarnizonunda hərbi qulluqçular arasında atletika və gimnastika üzrə birincilik keçirilib. Hərbi qulluqçuların sürət, çeviklik və dözümlülüyünü yoxlamaq, güclü idmançı və komandaları müəyyən etmək məqsədi ilə keçirilən yarışda 16 komandadan 280 id
Hərbi
106
5 İyun , 2021 16:32
Naxçıvan Qarnizonunda hərbi qulluqçular arasında atletika və gimnastika üzrə birincilik keçirilib - VİDEO

Naxçıvan Qarnizonunda hərbi qulluqçular arasında atletika və gimnastika üzrə birincilik keçirilib. Hərbi qulluqçuların sürət, çeviklik və dözümlülüyünü yoxlamaq, güclü idmançı və komandaları müəyyən etmək məqsədi ilə keçirilən yarışda 16 komandadan 280 idmançı mübarizə aparıb.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

“Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır” devizi altında təşkil olunan birincilikdə atlet və gimnastlar turnikdə dartınma və aşaraq dayağa qalxma, paralelqollarda dayaq vəziyyətində qolların bükülüb açılması, uzunluğa və hündürlüyə tullanma, 100 və 3000 metr məsafəyə qaçış, 400 metr məsafəyə estafet qaçışı yarışlarında özlərini sınayıblar.

Ümumi nəticələrə əsasən komanda hesabında 1-ci yerdə xüsusi təyinatlılar, 2-ci və 3-cü yerlərdə isə motoatıcılar qərarlaşıb.

Birinciliyin nəticələrinə əsasən ilk üçlükdə qərarlaşan komanda və hərbi qulluqçulara Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən fəxri fərman, diplom və kuboklar təqdim edilib.

Son xəbərlər

Orphus sistemi