Naxçıvan Qarnizonu Qoşunlarında “Zəfər yolumuz” adlı silsilə tədbirlər keçirilir

Naxçıvan Qarnizonu Qoşunlarında “Zəfər yolumuz” adlı silsilə tədbirlər keçirilir Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Sərəncamına uyğun olaraq Naxçıvan Qarnizonu Qoşunlarında 8 Noyabr - Zəfər Günü təntənəli şəkildə qeyd edilir.
Hərbi
29 Oktyabr , 2021 20:53
Naxçıvan Qarnizonu Qoşunlarında “Zəfər yolumuz” adlı silsilə tədbirlər keçirilir

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Sərəncamına uyğun olaraq Naxçıvan Qarnizonu Qoşunlarında 8 Noyabr - Zəfər Günü təntənəli şəkildə qeyd edilir.

Bu barədə "Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən tədbirlər planı hazırlanaraq bütün birləşmə, hissə və bölmələrdə, Təlim-Tədris mərkəzlərində, Heydər Əliyev adına Hərbi Liseydə, Naxçıvan Qarnizonunun tam orta məktəbində və uşaq bağçalarında silsilə tədbirlər keçirilir.

Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən hərbi hissələrindən birində keçirilən “Zəfər yolumuz” adlı hərbi vətənpərvərlik tədbirində iştirak edən Naxçıvan Muxtar Respublikasının ictimaiyyət nümayəndələri, o cümlədən mədəniyyət, mətbuat işçiləri və Vətən müharibəsinin iştirakçıları şəxsi heyətin sosial-məişət şəraiti və döyüş növbətçiliyi ilə tanış olublar.

Tədbirdə şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət Himnimiz səsləndirilib. Əlahiddə Ümumqoşun Ordunun zabitləri, müharibə veteranları, qazilər və ictimaiyyət nümayəndələri çıxış edərək 44 günlük Vətən müharibəsində qazanılan qələbədən, dövlət-xalq-ordu birliyindən danışıblar.

Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının, hərbi hissələrin bədii özfəaliyyət kollektivlərinin üzvləri əsgərlər qarşısında ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Naxçıvan Qarnizonu Qoşunlarında keçirilən “Zəfər yolumuz” adlı silsilə tədbirlər davam edir.

Son xəbərlər

Orphus sistemi