Naxçıvan Qarnizonu Qoşunlarında yoluxucu xəstəliklərə qarşı aparılan tədbirlər davam etdirilir

Naxçıvan Qarnizonu Qoşunlarında yoluxucu xəstəliklərə qarşı aparılan tədbirlər davam etdirilir Naxçıvan Muxtar Respublikasında virus infeksiyalarına və yoluxucu xəstəliklərə qarşı aparılan qabaqlayıcı profilaktik tədbirlər Naxçıvan Qarnizonu Qoşunlarında da davam etdirilir. İnfeksiyaların və yoluxucu xəstəliklərin qarşısının alınması, hərbi qulluq
Hərbi
25 Avqust , 2021 19:37
Naxçıvan Qarnizonu Qoşunlarında yoluxucu xəstəliklərə qarşı aparılan tədbirlər davam etdirilir

Naxçıvan Muxtar Respublikasında virus infeksiyalarına və yoluxucu xəstəliklərə qarşı aparılan qabaqlayıcı profilaktik tədbirlər Naxçıvan Qarnizonu Qoşunlarında da davam etdirilir.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

İnfeksiyaların və yoluxucu xəstəliklərin qarşısının alınması, hərbi qulluqçuların və ailə üzvlərinin sağlamlıqlarının qorunması məqsədilə hərbi şəhərciklərdə, birləşmə, hissə və bölmələrdə genişmiqyaslı dezinfeksiya tədbirləri aparılır, sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır.

Hərbi hissələrin ərazisində və xüsusilə də əsgər yataqxanalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər gücləndirilərək hərbi qulluqçuların gigiyena qaydalarına düzgün əməl etmələri üçün proflaktik tədbirlər görülür.

Son xəbərlər

Orphus sistemi