Azərbaycan Ordusunun Naxçıvanda komanda-qərargah təlimi başladı - FOTO - VİDEO

Azərbaycan Ordusunun Naxçıvanda komanda-qərargah təlimi başladı - FOTO - VİDEO “Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən, komanda-qərargah təlimi başlayıb.
Hərbi
10 Mart , 2020 18:51

“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən, komanda-qərargah təlimi başlayıb.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, ikitərəfli, üçpilləli komanda-qərargah təliminin senarisinə uyğun olaraq, Naxçıvan Qarnizonu Qoşunları müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilib, birləşmə və hissələr “Təlim-döyüş həyəcan” siqnalı ilə qaldırılaraq cəmləşmə rayonlarına çıxarılıb.

Xüsusi qoşun növlərinin birləşmələrinin də cəlb edildiyi təlimdə müasir rabitə və avtomatik idarəetmə sistemlərindən istifadə etməklə idarəetmənin bir məntəqədən digərinə ötürülməsi, mübadilə axınından səmərəli istifadənin məşqi həyata keçirilir. Ərazidə qərargahlar tərəfindən müdafiə və hücum əməliyyatları planlaşdırılır.
Təlimdə əsas diqqət düşmənin qəfil hücumunun qarşısının alınması və təxribat-diversiya qruplarının məhv edilməsi zamanı qoşunlar arasında qarşılıqlı fəaliyyətlərin idarə olunmasında qərargahların və zabitlərin peşəkarlığının artırılmasına yönəldilib.

Son xəbərlər

Orphus sistemi