Naxçıvan Mülki müdafiə alayında təlim keçirilib

Naxçıvan Mülki müdafiə alayında təlim keçirilib Naxçıvan Mülki müdafiə alayında təlim keçirilib
Hərbi
17 May , 2024 10:15
Naxçıvan Mülki müdafiə alayında təlim keçirilib

Naxçıvan Mülki müdafiə alayında təlim keçirilib

Naxçıvanda Mülki müdafiə alayında bölüklərlə taktiki-xüsusi təlim keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası (MR) Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə alayının 2024-cü tədris ilinə hazırlıq planına uyğun olaraq, döyüş hazırlığı proqramına əsasən bölük uzlaşma mərhələsinin başa çatması ilə əlaqədar bölüklərlə taktiki-xüsusi təlim keçirilib.

Təlimin təşkilində məqsəd hərbi hissədə keçirilən məşğələlərin keyfiyyətinin, bölüklərin şəxsi heyətinin, texnika və avadanlıqlarının döyüş hazırlığı vəziyyətinin yoxlanılmasından ibarət olub.

Təlim hərbi hissənin poliqonunda ümumilikdə 10 nöqtədə keçirilib. Bölüklər tərəfindən tapşırığın müstəqil formada icra olunmasını təmin etmək məqsədilə digər bölmələrdən gücləndirmə vasitəsi kimi istifadə olunub və qarşılıqlı fəaliyyət təşkil edilib.

Təlimin gedişində bölük taktiki səviyyəsində şəxsi heyətin gündüz və qaranlıq hava şəraitində təyinatına uyğun olaraq fəaliyyəti yoxlanılıb, qarşıya qoyulan məqsədlərə nail olunub.

Son xəbərlər

Orphus sistemi