Azərbaycan Ordusu Buzdux və digər hakim yüksəkliklərdə mühəndis işləri görür

Azərbaycan Ordusu Buzdux və digər hakim yüksəkliklərdə mühəndis işləri görür Azərbaycan Ordusu tərəfindən ərazidə aparılan dəqiqləşdirmələr nəticəsində nəzarətə götürülən Buzdux və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklərdə mühəndis təminatı üzrə tapşırıqlar yerinə yetirilir.
Hərbi
11 Avqust , 2022 16:49
Azərbaycan Ordusu Buzdux və digər hakim yüksəkliklərdə mühəndis işləri görür

Azərbaycan Ordusu tərəfindən ərazidə aparılan dəqiqləşdirmələr nəticəsində nəzarətə götürülən Buzdux və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklərdə mühəndis təminatı üzrə tapşırıqlar yerinə yetirilir.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və dəqiqləşdirilmiş mövqelərə təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür.

Azad edilən ərazi və hakim yüksəkliklərdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi