Mühəndis qoşunlarının minalardan təmizlədiyi ərazilərin sahəsi açıqlanıb

Mühəndis qoşunlarının minalardan təmizlədiyi ərazilərin sahəsi açıqlanıb "Bu günə kimi mühəndis qoşunlarının hissə və bölmələri tərəfindən işğaldan azad olunmuş ərazilərdə 29 min hektardan çox ərazi mina və partlamamış sursatlardan təmizlənib".
Hərbi
6 Aprel , 2023 15:32
Mühəndis qoşunlarının minalardan təmizlədiyi ərazilərin sahəsi açıqlanıb

"Bu günə kimi mühəndis qoşunlarının hissə və bölmələri tərəfindən işğaldan azad olunmuş ərazilərdə 29 min hektardan çox ərazi mina və partlamamış sursatlardan təmizlənib".

Bunu "Report"un Cəbrayıla ezam olunmuş əməkdaşına Azərbaycan Müdafiə Nazirliyinin Minalara mübarizə şöbəsinin rəisi Vüqar Əzizov deyib.

Onun sözlərinə görə, hazırda Cəbrayılda mühəndis qoşunlarına aid Türkiyədən alınan MEMATT adlı minatəmizləyən texnikası, eləcə də ANAMA-nın şəxsi heyəti ilə birgə intensiv iş aparılır:

"Ümumilikdə minatəmizləmə zamanı 23 min 230 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək məhv edilib. Hələ ki tək Cəbrayılda 2 ədəd MEMATT adlı minatəmizləyən texnikası işləyir. Lakin gələcəkdə onların sayının artırılacağı istisna deyil. Minatəmizləmə texnikasının istifadə olunması ərazinin çirklənmə və relyefinə uyğun olaraq aparılır".

Son xəbərlər

Orphus sistemi