Mühəndis hazırlığı üzrə nümayiş məşğələsi keçirilib

Mühəndis hazırlığı üzrə nümayiş məşğələsi keçirilib 2024-cü il üçün hazırlıq planına uyğun olaraq, komandir heyəti və onların müavinləri ilə mühəndis hazırlığı üzrə praktiki nümayiş məşğələsi keçirilib. Məşğələdə hərbi qulluqçulara istehkam qurğuları, mühəndis maneələri sistemi, müasir mühəndis texnikalar
Hərbi
30 Sentyabr , 2024 15:20
Mühəndis hazırlığı üzrə nümayiş məşğələsi keçirilib

2024-cü il üçün hazırlıq planına uyğun olaraq, komandir heyəti və onların müavinləri ilə mühəndis hazırlığı üzrə praktiki nümayiş məşğələsi keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məşğələdə hərbi qulluqçulara istehkam qurğuları, mühəndis maneələri sistemi, müasir mühəndis texnikaları və silahlandırma vasitələri haqqında məlumat verilib.

Həmçinin məşğələdə MEMAT mexaniki minatəmizləmə texnikası ilə ərazilərin mina və partlamamış sursatlardan təmizlənməsi, partlamayan mühəndis maneələrindən keçidlərin açılması, ponton-körpü salmaqla maneələrin keçilməsi üzrə fəaliyyətlər də nümayiş olunub.

Məşğələnin keçirilməsində əsas məqsəd hərbi qulluqçuların mühəndis maneələrinin qurulması və dəf edilməsi üzrə bacarıqlarının təkmilləşdirilməsi, eləcə də mühəndis hazırlığı üzrə biliklərinin təkmilləşdirilməsidir.

Son xəbərlər

Orphus sistemi