Mühəndis bölmələri ilə döyüş hazırlığı məşğələləri keçirilib

Mühəndis bölmələri ilə döyüş hazırlığı məşğələləri keçirilib Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, mühəndis bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilib. Məşğələlərə cəlb edilən şəxsi heyət mina və partlamamış döyüş sursatlarının aşkar edilərək zər
Hərbi
25 May , 2024 10:27
Mühəndis bölmələri ilə döyüş hazırlığı məşğələləri keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, mühəndis bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilib.

Bu barədə “Report”a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məşğələlərə cəlb edilən şəxsi heyət mina və partlamamış döyüş sursatlarının aşkar edilərək zərərsizləşdirilməsi, mina sahələrində müxtəlif üsullarla keçidlərin açılması, maneələrin dəf edilməsi və digər tapşırıqları praktiki icra ediblər.

Mühəndis təminatı tapşırıqlarını yerinə yetirən hərbi qulluqçularla keçirilən məşğələlərdə əsas məqsəd onların peşəkarlıq səviyyəsinin artırılması, silahlanmada olan müasir mühəndis texnikası və avadanlıqlarından effektiv istifadə etmə üzrə bacarıqlarının təkmilləşdirilməsidir.

Son xəbərlər

Orphus sistemi