NATO-nun təhsil ekspertləri Azərbaycana gəlib

NATO-nun təhsil ekspertləri Azərbaycana gəlib NATO-nun Müdafiə Təhsilinin Genişlənməsi Proqramı (DEEP) çərçivəsində proqramın Azərbaycan üzrə koordinatorları və NATO-nun müxtəlif təhsil üzrə ekspertləri ilə Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetində işçi görüşü keçirilib.
Hərbi
17 İyun , 2022 12:20
NATO-nun təhsil ekspertləri Azərbaycana gəlib

NATO-nun Müdafiə Təhsilinin Genişlənməsi Proqramı (DEEP) çərçivəsində proqramın Azərbaycan üzrə koordinatorları və NATO-nun müxtəlif təhsil üzrə ekspertləri ilə Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetində işçi görüşü keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Görüş zamanı hərbi təhsil sisteminin və əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb, bu sahədə qazanılan təcrübə üzrə brifinqlər təqdim olunub.

Sonra qonaqlar proqrama uyğun olaraq Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitut və Tibb Universitetinin Hərbi Tibb Fakültəsində olublar. Burada onlara tədris prosesi barədə ətraflı məlumat verilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi