"Müdafiə sənayesinin inkişafı Azərbaycan Ordusunu zəruri silahla təchiz edib" - RƏY

"Müdafiə sənayesinin inkişafı Azərbaycan Ordusunu zəruri silahla təchiz edib" - RƏY “Azərbaycan ordusunun bugünkü gücü, hərbi-texniki təchizat səviyyəsi, döyüş ruhu, hərbçilərimizin peşəkarlığı bizim Cənubi Qafqazda ən güclü orduya sahib olduğumuzu göstərir. Güclü ordu isə ölkənin təhlükəsizliyini və suverenliyini təmin edən ən əsas amil
Hərbi
25 İyun , 2021 19:00
Müdafiə sənayesinin inkişafı Azərbaycan Ordusunu zəruri silahla təchiz edib - RƏY

“Azərbaycan ordusunun bugünkü gücü, hərbi-texniki təchizat səviyyəsi, döyüş ruhu, hərbçilərimizin peşəkarlığı bizim Cənubi Qafqazda ən güclü orduya sahib olduğumuzu göstərir. Güclü ordu isə ölkənin təhlükəsizliyini və suverenliyini təmin edən ən əsas amillərdən biridir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov bildirib.

Onun sözlərinə görə, ötən il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin qazandığı tarixi qələbə 30 il davam edən ədalətsizliyə son qoymaqla yanaşı, Azərbaycan xalqının gücünü bütün dünyaya nümayiş etdirdi. Buna görə də 26 İyun - Silahlı Qüvvələr Günü bütün Azərbaycan xalqının bayramıdır.

Deputat deyib ki, ordu quruculuğunun uğurla həyata keçirilməsini şərtləndirən əsas amillərdən biri güclü iqtisadiyyat, davamlı ictimai-siyasi sabitlik və düşünülmüş strategiyadır. Azərbaycanda ümummilli lider Heydər Əliyevin başladığı ordu quruculuğu prosesini Prezident İlham Əliyev uğurla davam etdirərək silahlı qüvvələrin bütün parametrlər üzrə ən yüksək səviyyədə təşkilinə nail olub: “Güclü ordu həm də güclü iqtisadiyyat deməkdir. Çünki istənilən ölkənin hərbi potensialı onun iqtisadi imkanlarından asılıdır. Eyni zamanda təbii ki, düşünülmüş, bütün reallıqları, imkanları, maneələri dəqiq nəzərə alan strateji xətt olmadan ordu quruculuğunu müvəffəqiyyətlə həyata keçirmək mümkün deyil. Zaman özü göstərdi ki, Azərbaycanda bu sahədə atılan bütün addımların son hədəfi ölkənin ərazi bütövlüyünü təmin etməkdən ibarət olub. Məhz Azərbaycan Prezidentinin uğurlu, düşünülmüş siyasəti bizi MDB məkanında ən güclü ordulardan birinə sahib ölkəyə çevirib”.

S.Məmmədov müdafiə sənayesinin inkişafının Azərbaycan ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün geniş imkanlar yaratdığını vurğulayıb: "Şəxsi heyətin döyüş ruhunun yüksək olması, peşəkarlığı Azərbaycanın Vətən müharibəsində qələbə qazanmasında həlledici rola malik olub. Azərbaycan Prezidenti də dəfələrlə öz çıxışlarında vurğulayıb ki, bu müharibədə qəhrəmanlıqlara imza atmış hərbçilərimizin, əsgərlərimizin böyük bir qismi məhz gənc nəslin nümayəndələridir. Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi bu gün Azərbaycan ordusunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığında öz əksini tapır. Vətən müharibəsi günlərində Azərbaycan əsgərlərinin göstərdiyi şücaət bir daha gənclərimizin nə qədər vətənpərvər, öz dövlətinə, xalqına bağlı olduğunu təsdiqləyir. Bu, məhz dövlətin apardığı məqsədyönlü siyasətin, düzgün strateji yanaşmanın nəticəsidir”.

Son xəbərlər

Orphus sistemi