Müdafiə Sənayesi Nazirliyi 44 məzunu işə götürüb

Müdafiə Sənayesi Nazirliyi 44 məzunu işə götürüb Bakı. 13 sentyabr. REPORT.AZ/ Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeli müəssisələrini xüsusi ixtisaslı mühəndis kadrlarla təmin etmək məqsədilə Nazirliyin təşəbbüsü ilə Azərbaycan Texniki Universitetində (AzTU) yaradılan Xüsusi texnika və texnologiya fakültəsinin məzunlarının işlə təmin olunmasına dair iki qurum arasında yaradılmış birgə komissiyanın növbəti iclası keçirilib.
Hərbi
13 Sentyabr , 2018 15:17
Müdafiə Sənayesi Nazirliyi 44 məzunu işə götürüb
Report
0 : 00
0 : 00

Bakı. 13 sentyabr. REPORT.AZ/ Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeli müəssisələrini xüsusi ixtisaslı mühəndis kadrlarla təmin etmək məqsədilə Nazirliyin təşəbbüsü ilə Azərbaycan Texniki Universitetində (AzTU) yaradılan Xüsusi texnika və texnologiya fakültəsinin məzunlarının işlə təmin olunmasına dair iki qurum arasında yaradılmış birgə komissiyanın növbəti iclası keçirilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, iclasda komissiya üzvləri ilə yanaşı, MSN-in müəssisələrinin rəhbər şəxsləri də iştirak edirdilər.

Komissiyanın iclasında Xüsusi texnika və texnologiya fakültəsinin 2018-ci il məzunları arasında ixtisas üzrə bölgü aparılıb. Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində işlə təmin olunmaq üçün ixtisası, təhsildəki göstəricisi və istəyi nəzərə alınmaqla, 44 məzun seçilib. Seçilən məzunlar arasında bu il hərbi xidməti başa vurmuş gənclər də olub. 

Seçim zamanı Xüsusi texnika və texnologiya fakültəsinin magistratura pilləsində təhsil alan tələbələrin təyinatı isə ümumi razılıq əsasında Müdafiə Sənayesi Nazirliyinin “İqlim” Elmi İstehsalat Müəssisəsinə verilib.

İclasda bildirilib ki, 2011-ci ildə Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü ilə yaradılmış Xüsusi texnika və texnologiya fakültəsini ötən illərdə bitirən 117 məzun Nazirliyin müəssisələrində işlə təmin olunub, yüksək ixtisaslı kardlar kimi fəaliyyətlərini davam etdirirlər.

İclasda AzTU-nun rektor əvəzi Xalıq Yahudov bildirib ki, Xüsusi texnika və texnologiya fakültəsi yarandığı gündən etibarən Müdafiə Sənayesi Nazirliyi tərəfindən bu fakültədə təhsil alan tələbələr üçün Nazirliyin istehsal müəssisələrində lazımi avadanlıqlarla təchiz olunmuş xüsusi tədris otaqları yaradılıb. Tələbələrin seçdikləri peşəni dərindən öyrənmələri məqsədilə real istehsal prosesini yaxından izləmələri üçün lazımi şəraiti yaratmaqla yanaşı, Nazirlik tərəfindən əlaçı tələbələr üçün xüsusi təqaüdlər də verilir.

Xalıq Yahudov tələbələrə və eyni zamanda sahə üzrə yetişən gənc mütəxəssislərə ayrılan diqqət və qayğıya görə Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirib.

Son xəbərlər

Orphus sistemi