Müdafiə Nazirliyinin rəsmisi Azərbaycan Ordusunun keçirdiyi təlimlərdən danışıb

Müdafiə Nazirliyinin rəsmisi Azərbaycan Ordusunun keçirdiyi təlimlərdən danışıb "Bu il Azərbaycan Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələri və Əlahiddə Ümumqoşun Ordusunun qüvvələrini cəlb edilməsi ilə yeni texnologiydan istifadə edərək onların tədqiqi ilə komanda-qərargah taktiki, taktik
Hərbi
29 Dekabr , 2021 16:27
Müdafiə Nazirliyinin rəsmisi Azərbaycan Ordusunun keçirdiyi təlimlərdən danışıb
Anar Eyvazov

"Bu il Azərbaycan Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr və Əlahiddə Ümumqoşun Ordunun qüvvələrinin cəlb edilməsi ilə yeni texnologiyadan istifadə edərək onların tədqiqi ilə komanda-qərargah taktiki, taktiki xüsusi və simulyasiya təlimi keçirilib".

“Report”un xəbərinə görə, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov cari ildə ordu quruculuğu sahəsində görülən işlər və əsas istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlarla bağlı məruzə ilə çıxışında deyib.

"Bundan başqa, hərbi qulluqçularımız Rusiya, Qazaxıstan və İranda keçirilən beynəlxalq səviyyəli yarışlarda, eləcə də Türkiyə, Pakistan, Gürcüstan və ölkəmizdə keçirilən müxtəlif təyinatlı beynəlxalq tədbirlərdə iştirak ediblər. Ölkə daxilində 27, ölkə xaricində 178 beynəlxaq kusrda şəxsi heyətin iştirakı təmin edilib", - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi