Müdafiə Nazirliyinin nümayəndələri Rəşad Atakişiyevin məzarını ziyarət edib

Müdafiə Nazirliyinin nümayəndələri Rəşad Atakişiyevin məzarını ziyarət edib Müdafiə nazirinin tapşırığına əsasən təlim-məşq uçuşları zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin hərbi pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin həlak olmasının ildönümündə nazirliyin nümayəndələri tərəfindən onun məzarı ziya
Hərbi
24 İyul , 2020 19:25
Müdafiə Nazirliyinin nümayəndələri Rəşad Atakişiyevin məzarını ziyarət edib

Müdafiə nazirinin tapşırığına əsasən, təlim-məşq uçuşları zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin hərbi pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin həlak olmasının ildönümündə Nazirliyin nümayəndələri tərəfindən onun məzarı ziyarət olunub, əklil qoyulub və xatirəsi ehtiramla yad edilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Anma mərasimində Hərbi Hava Qüvvələrinin zabiti, polkovnik Elşad Pənahov çıxış edərək R.Atakişiyevin Azərbaycan Ordusunda xidmət etdiyi müddət ərzində özünü peşəkar, nümunəvi, vətənpərvər zabit kimi göstərdiyini və onun xidmətlərinin həmişə yüksək qiymətləndirildiyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi