Müdafiə Nazirliyinin nümayəndə heyəti Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edir

Müdafiə Nazirliyinin nümayəndə heyəti Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edir Aprelin 23-də Moskva şəhərində VIII beynəlxalq təhlükəsizlik konfransı öz işinə başlayıb.
Hərbi
23 Aprel , 2019 16:11
Müdafiə Nazirliyinin nümayəndə heyəti Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edir

Aprelin 23-də Moskva şəhərində VIII beynəlxalq təhlükəsizlik konfransı öz işinə başlayıb. 

Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Rusiya Federasiyası Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirin ilk günü nümayəndə heyətləri üçün Moskva vilayətinin Kubinka şəhəri yaxınlığında yerləşən Rusiya Silahlı Qüvvələrinin hərbi vətənpərvərlik mədəniyyət və istirahət parkına tanışlıq səfəri təşkil edilib.

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyətinin də iştirak etdiyi forumda qlobal və regional təhlükəsizlik məsələləri, sülhməramlı fəaliyyətlər, hərbi əməkdaşlığın genişləndirilməsi, eləcə də müasir dünyada mövcud olan hərbi təhdidlər və risklər müzakirə olunur.

Son xəbərlər

Orphus sistemi