Müdafiə Nazirliyinin iki hərbi qulluqçusu xəstəlikdən vəfat edib

Müdafiə Nazirliyinin iki hərbi qulluqçusu xəstəlikdən vəfat edib Azərbaycan Ordusunun hərbi qulluqçuları tibb xidməti polkovnik leytenantı Quliyev Fikrət Tofiq oğlu və gizir Qəmbərov Ruzi Adil oğlu xəstəlikdən vəfat ediblər.
Hərbi
12 İyun , 2022 16:35
Müdafiə Nazirliyinin iki hərbi qulluqçusu xəstəlikdən vəfat edib

Azərbaycan Ordusunun hərbi qulluqçuları - tibb xidməti polkovnik leytenantı Quliyev Fikrət Tofiq oğlu və gizir Qəmbərov Ruzi Adil oğlu xəstəlikdən vəfat ediblər.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edək ki, polkovnik-leytenant F.Quliyev uzun müddət onkoloji xəstəlikdən, gizir R.Qəmbərov isə sol arxa beyin arteriyası hövzəsinin işemik insultu, serebral koma diaqnozu ilə hərbi tibb müəssisəsində müalicə olunurdular. Həkimlərin səyinə baxmayaraq, hərbi qulluqçuların həyatını xilas etmək mümkün olmayıb.

Müdafiə Nazirliyinin rəhbərliyi dünyasını dəyişən hərbi qulluqçuların yaxınlarına dərin hüznlə başsağlığı verib.

Son xəbərlər

Orphus sistemi