MN: Çoxlu sayda hərbçimizin yaralanması və onlara qan lazım olması barədə məlumatlar əsassızdır

MN: Çoxlu sayda hərbçimizin yaralanması və onlara qan lazım olması barədə məlumatlar əsassızdır Müdafiə Nazirliyindən bildirilib:
Hərbi
14 Sentyabr , 2022 23:51
MN: Çoxlu sayda hərbçimizin yaralanması və onlara qan lazım olması barədə məlumatlar əsassızdır

"Bəzi sosial şəbəkə hesablarında guya xeyli sayda yaralılarımızın mövcudluğu və onlara qan lazım olması ilə bağlı əsassız məlumatlar paylaşılır. Bildiririk ki, Azərbaycan Ordusunda qan komponentləri ehtiyatları ilə bağlı heç bir problem yoxdur".

Bu barədə "Report"a Müdafiə Nazirliyindən bildirilib.

"Ehtiyac olarsa Ordumuzun qan və qan komponentlərinə olan tələbatı Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Qan Bankı bölməsi tərəfindən tam təmin ediləcəkdir.

Vətəndaşlarımızı bu cür yalan məlumatlara aldanmamağa və rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırırıq", - nazirlikdən qeyd edilib.

Son xəbərlər

Orphus sistemi