Müdafiə Nazirliyi: Türkiyə tərəfi Azərbaycana dəstək olduğunu qətiyyətlə ifadə edib

Müdafiə Nazirliyi: Türkiyə tərəfi Azərbaycana dəstək olduğunu qətiyyətlə ifadə edib Türkiyə və Azərbaycanın Müdafiə nazirləri cəbhədə yaranmış vəziyyəti müzakirə ediblər
Hərbi
127
2 Aprel , 2016 20:13
Müdafiə Nazirliyi: Türkiyə tərəfi Azərbaycana dəstək olduğunu qətiyyətlə ifadə edib

Bakı. 2 Aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri İsmet Yılmaz və Baş Qərargah rəisi ordu generalı Hulusi Akar ilə Azərbaycanın işğal olunmuş ərazilərində baş vermiş hadisələri və burada yaranmış vəziyyəti telefon vasitəsilə müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, danışıqlar zamanı Türkiyə tərəfi Azərbaycanın tam haqlı mövqedə olduğunu bir daha vurğulamış və Azərbaycana dəstək olduğunu qətiyyətlə ifadə edib.

Son xəbərlər

Orphus sistemi