Müdafiə Nazirliyi Azərbaycanla Türkiyə arasında hərbi/mülki heyətin mübadiləsinə dair imzalanan protokolu şərh edib

Müdafiə Nazirliyi Azərbaycanla Türkiyə arasında hərbi/mülki heyətin mübadiləsinə dair imzalanan protokolu şərh edib "Bu döyüş hazırlığının artırılması və bölmələrin uzlaşması məqsədilə həyata keçirilən təlim prosesidir"
Hərbi
1412
16 Mart , 2016 19:24
Müdafiə Nazirliyi Azərbaycanla Türkiyə arasında hərbi/mülki heyətin mübadiləsinə dair imzalanan protokolu şərh edib

Bakı. 16 mart. REPORT.AZ/ Martın 15-də Ankara şəhərində Azərbaycan ilə Türkiyə arasında hərbi/mülki heyətin mübadiləsinə dair imzalanan protokolu şərh edən bəzi elektron kütləvi informasiya vasitələri məsələyə qeyri-ciddi yanaşıblar.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, sənədə əsasən yüksək rütbəli zabitlərin qarşılıqlı olaraq hər iki dövlətin hərbi qurumlarında xidmət etməsi fikri tamamilə yanlışdır.

Bununla belə, ikitərəfli əməkdaşlıq planına uyğun olaraq 2015-ci ildən başlayaraq rəhbər heyət qarşılıqlı surətdə taktiki səviyyədə Azərbaycan və Türkiyədə təcrübə mübadiləsi məqsədilə qısamüddətli hərbi xidmət keçir. Bu döyüş hazırlığının artırılması və bölmələrin uzlaşması məqsədilə həyata keçirilən təlim prosesidir.

Son xəbərlər

Orphus sistemi