Müdafiə Nazirliyi azad olunan ərazilərdə aşkarlanan minaların sayını açıqlayıb

Hərbi
  • 29 dekabr, 2021
  • 12:51
Müdafiə Nazirliyi azad olunan ərazilərdə aşkarlanan minaların sayını açıqlayıb

Müdafiə Nazirliyi işğaldan azad olunan ərazilərdə aşkarlanan minaların sayını açıqlayıb.

“Report”un xəbərinə görə, nazirliyin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov bildirib ki, mina təmizləmə işlərində əsas səylər yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.

"2021-ci il ərzində 13 min hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib, 17 minədək mina və partlamamış döyüş sursatı aşkar edilərək zərərsizləşdirilib", - o vurğulayıb.

44 filmi