“Gürcüstan Azərbaycanla dostluğa böyük dəyər verir”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili Azərbaycanın müdafiə naziri, general-polkovnik
Onun sözlərinə görə, Gürcüstan və Azərbaycan yalnız qonşu deyil, dost ölkələrdir: “Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır, ölkələri qardaşlıq və dostluq birləşdirir. Hər iki ölkənin müdafiə nazirlikləri arasında məhsuldar və sıx əməkdaşlıq mövcuddur”.
İ.Qaribaşvili deyib ki, iki ölkə arasında dostluq və qardaşlıq münasibətləri bölgədə sabitlik və təhlükəsizliyi təmin edir: “Gürcüstan dövləti adından Azərbaycan dövləti və xalqına ölkəmizin ərazi bütövlüyü və suverenliyinə göstərdiyi möhkəm dəstəyə görə minnətdarlığımı bildirirəm”.
Nazir qeyd edib ki, bu gün tərəflər arasında imzalanan 2020-ci il üçün hərbi sahədə əməkdaşlıq planına bir sıra tədbirlər və layihələr daxil edilib: “Əminəm ki, Azərbaycan müdafiə nazirinin Gürcüstana rəsmi səfəri əməkdaşlığı daha da möhkəmləndirəcək”.