Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib MDB-yə üzv ölkələrin müdafiə nazirləri şurasının iclası başlayıb.
Hərbi
10 Noyabr , 2021 17:08
Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib

Rusiyada işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 10-da Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə MDB iştirakçı-dövlətlərinin müdafiə nazirləri Moskva şəhərindəki Aleksandr bağında Naməlum əsgər abidəsini ziyarət edərək önünə çələng və gül dəstələri qoyublar. Xatirə fotosu çəkdirilib.

Sonra gündəmdə duran məsələlər iclasda müzakirə olunub.

14.36

Rusiyanın paytaxtı Moskva şəhərində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilib.

“Report” TASS-a istinadən xəbər verir ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov toplantıda iştirak edib.

İclası Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu açıb.

O bildirib ki, iclasın sonunda qəbul olunacaq qərarlar MDB-yə üzv ölkələrin sülh və sabitliyi dəstəkləmələrinə töhfə verəcək.

İclasda Belarus, Qazaxıstan, Qırğız Respublikası, Türkmənistan, Özbəkistan, Tacikistan və Ermənistanın müdafiə nazirləri də iştirak ediblər.

Nazirlər iclasın yekununda 2022-ci il üzrə birgə fəaliyyət planını və hərbi əməkdaşlığın inkiaf perspektivini müəyyənləşdiriblər.

Görüşdə həmçinin 2022-ci ildə MDB ölkələri tərəfindən hava hücumundan müdafiə üzrə kompüterləşdirilmiş komanda-qərargah təliminin keçirilməsi ilə bağlı qərar qəbul olunub.

Son xəbərlər

Orphus sistemi