Xocavənddə ermənilərin hücumu zamanı hərbçilərimiz öldürülüb, “Azercell”in əməkdaşı yaralanıb

Xocavənddə ermənilərin hücumu zamanı hərbçilərimiz öldürülüb, “Azercell”in əməkdaşı yaralanıb Belə ki, 2020-ci il noyabr ayının 26-də işğaldan azad olunmuş Xocavənd rayonun Sur kəndində Müdafiə Nazirliyinin həmin ərazidə xidmət aparan hərbiçilərinə ermənilərin qəfil hücumu nəticəsində 3 hərbi qulluqçumuz öldürülmüş, 2 nəfər yaralanmış, dekabrın 8-
Hərbi
13 Dekabr , 2020 12:56
Xocavənddə ermənilərin hücumu zamanı hərbçilərimiz öldürülüb, “Azercell”in əməkdaşı yaralanıb

2020-ci il noyabr ayının 26-də işğaldan azad olunmuş Xocavənd rayonun Sur kəndində Müdafiə Nazirliyinin həmin ərazidə xidmət aparan hərbçilərinə ermənilərin qəfil hücumu nəticəsində 3 hərbi qulluqçumuz öldürülüb, 2 nəfər yaralanıb, dekabrın 8-də həmin rayonun Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması işlərinin aparılması zamanı 1 hərbi qulluqçu həlak olub və “Azercell” şirkətinin əməkdaşı ağır yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin və Müdafiə Nazirliyinin birgə məlumatında bildirilir.

Qeyd olunan nəzərə alaraq, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti həmin ərazidə anti-terror əməliyyatı keçirmək məcburiyyətində qalıb:
"Ermənistanın bəzi rəhbər şəxslərinin və erməni kütləvi informasiya vasitələrinin bu kimi hallara görə Rusiya sülhməramlı qüvvələrinə və Azərbaycan tərəfinə qarşı əsassız iddialar irəli sürməsi qəbuledilməzdir".

Son xəbərlər

Orphus sistemi