MN: Ötən il “Qaynar xətt”ə 15 mindən çox müraciət daxil olub

MN: Ötən il “Qaynar xətt”ə 15 mindən çox müraciət daxil olub Müdafiə Nazirliyinin “Qaynar xətt”inə 15206 müraciət daxil olub, onlardan 9925-i şifahi cavablandırılıb, 5281-nin həlli ilə bağlı isə nazirliyin müvafiq qurumlarına dərhal sorğular göndərilib.
Hərbi
885
14 Yanvar , 2021 12:08
MN: Ötən il “Qaynar xətt”ə 15 mindən çox müraciət daxil olub

Daxil olan müraciətlərin qəbul edilməsi, vətəndaşlar ilə birbaşa ünsiyyətin qurulması və onları maraqlandıran sualların dərhal cavablandırılması məqsədilə Müdafiə Nazirliyində yaradılan "Qaynar xətt" fəaliyyət göstərir. 2020-ci il ərzində Müdafiə Nazirliyinin “Qaynar xətt”inə 15206 müraciət daxil olub, onlardan 9925-i şifahi cavablandırılıb, 5281-nin həlli ilə bağlı isə nazirliyin müvafiq qurumlarına dərhal sorğular göndərilib.

Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

"Təkcə 2020-ci il sentyabr ayının 27-dən 2021-ci il yanvar ayının 10-dək vətəndaşlardan 5465 müraciət daxil olub, onlardan 2269-u şifahi qaydada cavablandırılıb, 3196-sı isə qeydiyyata alınaraq aidiyyəti üzrə araşdırılması və cavablandırılması üçün nazirliyin müvafiq strukturlarına göndərilib.

Qeyd edək ki, Vətən müharibəsi dövründə daxil olan müraciətlər əsasən valideynlərin hərbi xidmətdə olan övladları ilə əlaqənin saxlanılması (971 müraciət), şəhid olmuş və itkin düşmüş hərbi qulluqçular haqqında məlumatların alınması (742 müraciət), hərbi qulluqçuların ailələrinə yardım edilməsi (449 müraciət) və könüllü döyüşə getmək (386 müraciət) ilə əlaqədar olub.

Ailə-məişət və sosial məsələlərlə bağlı digər müraciətlər də qeydiyyata alınaraq həll olunması üçün nazirliyin müvafiq qurumlarına yönləndirilib", - nazirlikdən bildirilib.

Son xəbərlər

Orphus sistemi