Ermənistanın törətdiyi təxribata görə bütün məsuliyyət həmin dövlətin hərbi siyasi rəhbərliyinin üzərinə düşür.
“Report” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin mayın 12-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
"Aydındır ki, təxribatın əsas məqsədi hazırda aparılan sülh danışıqlarının pozulmasıdır", - o, vurğulayıb.