Müdafiə Nazirliyi ordunun ərzaq təminatı ilə bağlı məlumat yayıb

Müdafiə Nazirliyi ordunun ərzaq təminatı ilə bağlı məlumat yayıb Tədbirlər çərçivəsində mərkəzi ərzaq anbarının bölgələrdə yerləşən bir bölməsində yenidənqurma işləri görülüb
Hərbi
217
15 Aprel , 2021 10:35
Müdafiə Nazirliyi ordunun ərzaq təminatı ilə bağlı məlumat yayıb

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi, maddi-texniki təminatının və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar göstərişinə əsasən həyata keçirilən tədbirlər davam edir.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirlər çərçivəsində mərkəzi ərzaq anbarının bölgələrdə yerləşən bir bölməsində yenidənqurma işləri görülüb. Burada ərzaq məhsullarının qəbulu, saxlanılması və qoşunlara paylanılması üçün lazımi şərait yaradılıb.

Tez xarab olan ərzaqların saxlanması üçün 200 tonluq soyuducu kamera, quru ərzaqların saxlanması üçün ümumi tutumu 1000 ton olan saxlanc, kartof və tərəvəzlərin saxlanması üçün isə ümumi tutumu 200 tonluq saxlanc və toxunulmaz ehtiyat ərzaqının saxlanması üçün 140 ton tutumu olan saxlanc binası mövcuddur.

Bundan əlavə ərazidə quru ərzaqların saxlanması üçün soyutma sistemi ilə təchiz edilmiş 500 tonluq saxlanc binası və tez xarab olan ərzaqların saxlanması üçün 200 tonluq saxlanc binası inşa edilib.

Hazırda bu istiqamətdə fəaliyyətlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi