Bakı. 6 mart. REPORT.AZ/ İyulun 19-da Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin 1980-ci il buraxılışının 35 illik yubiley tədbirləri keçiriləcək.
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Tədbirə hazırlıqla əlaqədar İşçi Qrupun rəhbəri Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev təyin edilib.