MDB-yə üzv olan ölkələrin hərbi rütbələri qarşılıqlı tanıması üçün sənəd hazırlanır

MDB-yə üzv olan ölkələrin hərbi rütbələri qarşılıqlı tanıması üçün sənəd hazırlanır Məsələ MDB ölkələrinin Baş Qərargah rəisləri Komitəsinin Bişkekdə keçirilən iclasında müzakirə olunub
Hərbi
12 Sentyabr , 2017 13:00
MDB-yə üzv olan ölkələrin hərbi rütbələri qarşılıqlı tanıması üçün sənəd hazırlanır
Sputnik-Кыргызстан

Bakı. 12 sentyabr. REPORT.AZ/ Müstəqil Dövlətlər Birliyində (MDB) hərbi rütbələrin qarşılıqlı tanınması haqqında saziş layihəsi hazırlanır.

"Report" "Sputnik-Qırğızıstan"a istinadən verdiyi məlumata görə, bunu Qırğızıstan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini polkovnik Kubanıçbek Orozmatov Bişkekdə keçirilən MDB ölkələrinin Baş Qərargah rəisləri Komitəsinin iclasında bildirib.

O deyib ki, hazırda hava hücumundan birgə müdafiə sistemin yaradılması və inkişafı üzrə iş gedir.

K.Orozmatovun sözlərinə görə, hərbi qulluqçular, təqaüdçülər, Silahlı Qüvvələrinin veteranları və onların ailə üzvlərinə sosial təminatlarının verilməsi sahəsində də mühüm addımlar atılır: ""Hərbi adların qarşılıqlı tanınması haqqında" saziş layihəsi üzərində gedən işi xüsusilə qeyd etmək istəyirəm. MDB yaranandan quruma üzv olan ölkələr arasında miqrasiya prosesləri davam edir. Təqaüdə çıxan bir çox hərbçi müxtəlif səbəblərdən yaşayış üçün başqa ölkələri seçirlər. Onların xidməti dövründə fərdi xidmətlərini və nailiyyətlərini əks etdirən hərbi rütbələrin saxlanılması vacibdir".

Qeyd edək ki, iclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Özbəkistan, Tacikistan və Ermənistan silahlı qüvvələrinin nümayəndə heyətləri iştirak edir.

Son xəbərlər

Orphus sistemi