MAXE-lərə qəlpəli əl qumbarasından istifadə qaydaları öyrədilib

MAXE-lərə qəlpəli əl qumbarasından istifadə qaydaları öyrədilib Bu qumbaralar Aprel döyüşləri zamanı Talış və Lələtəpədəki erməni postlarının ələ keçirilməsində böyük rol oynayıb
Hərbi
119
8 May , 2021 13:13
MAXE-lərə qəlpəli əl qumbarasından istifadə qaydaları öyrədilib

Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi xidmət etmək istəyən kursantlara Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) qəlpəli əl qumbarasından birinci çalışmanın yerinə yetirilməsi dərsləri keçirilib.

"Report" xəbər verir ki, praktiki dərs zamanı birinci çalışmanın şərtləri icra olunub.

Belə ki, müdafiədə qəlpəli əl qumbarasının uzaqlığa atılması dərsləri praktiki olaraq tədris edilib.

TTM-nin atıcı silahlar silsiləsinin müəllimi, ehtiyatda olan polkovnik Elxan Cabbarov "Report"a bildirib ki, atışda əsas məqsəd kursantların çöl vərdişlərinin, onların müdafiədə səngərdən ayaq üstə əl qumbarasını uzaqlığa atma vərdişlərinin artırılmasından ibarətdir.

Əl qumbarasının atılmasından danışan TTM-in müəllimi deyib ki, müdafiə əl qumbarası olan F1 2016-cı ildə hərbi əməliyyatlarda, eləcə də Vətən müharibəsində geniş istifadə olunub.

Onun sözlərinə görə, bu qumbaralar Aprel döyüşləri zamanı Talış və Lələtəpədəki erməni postlarının ələ keçirilməsində böyük rol oynayıb.

Son xəbərlər

Orphus sistemi