Luqanskda mərmi atəşinə tutulan İES-də yanğın davam edir
- 22 fevral, 2022
- 13:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukraynanın Luqansk vilayətinin Sçastye rayonunda mərmi atəşinə tutulan İstilik elektrik stansiyasında yanğın baş verib.
“Report”un münaqişə ərazisində olan Şərqi Avropa bürosunun əməkdaşının verdiyi məlumata görə, yerli vaxtla saat 12:30 radələrində baş verən mərmi atəşi nəticəsində alovlanan stansiyada hələdə tüstüləmə davam edir, ərazidə yanğınsöndürən texnika işləyir.
Hazırda münaqişə ocağına ən yaxın ərazidə yerləşən Sçastye rayonunda qarşı tərəfdən artileriya atəşləri davam edir. “Report”un əməkdaşı və orada işləyən digər fransız jurnalistlər təcili şəkildə ərazidən uzaqlaşdırılıblar.
Qeyd edək ki, ötən sutka ərzində artileriya atəşi nəticəsində 12 hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan ikisinin vəziyyəti ağırdır.